Baybay.Az onlayn satış platformasında alıcı və satıcıların hüquqları mövcud qanunvericiliklərlə əsasən tənzimlənir.
Qarşı tərəfin hüquqlarının pozulmasına görə təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, inzibati və cinayət məsuliyyəti daşıyırlar.

İstehlakçının tələblərini ödəməyən malı lazımi keyfiyyətli mala dəyişdirmək hüququ
İstehlakçıların hüquqlarının müdafiəsi haqqında
Azərbaycan Respublikasının Qanunu. Maddə15
1. Lazımi keyfiyyətli qeyri-ərzaq malı öz formasına, ölçüsünə, fasonuna, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçının onu uyğun mala dəyişdirmək hüququ vardır.
İstehlakçı malın alınma günü sayılmamaq şərti ilə, 14 gün ərzində həmin malı lazımi keyfiyyətli mala dəyişdirmək hüququna malikdir. Pərakəndə satılan malın dəyişdirilməsi üçün satıcı tərəfindən daha uzun müddət elan edilə bilər.
İstehlakçı tərəfindən əldə edilmiş lazımi keyfiyyətli mal istifadə olunmayıbsa və onun əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı, həmçinin mal və yaxud kassa qəbzi və ya ona mal ilə birlikdə verilmiş digər sənədləri saxlanılıbsa, bu hallarda o dəyişdirilə bilər.
Bu maddədə göstərilmiş əsaslar üzrə dəyişdirilməli olmayan malların siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.
2.Malı dəyişdirmə anında satışda uyğun mal yoxdursa, istehlakçı dəyəri yenidən hesablamaqla istənilən başqa bir malı almaq və ya qaytarılan malın dəyəri məbləğində pulu geri götürmək, ya da satışa uyğun mal gələn kimi onu dəyişdirmək hüququna malikdir. Satıcı malın satışa daxil olduğu gün malın dəyişdirilməsini tələb edən istehlakçıya məlumat verməlidir.

Baybay.Az saytında satışı qadağan olan mallar;
Tez xarab olan və insanların sağlamlığına, həyatına və əmlakına, habelə ətraf mühitə təhlükə kəsb edən ərzaq məhsullarının, dərmanların, ətriyyat-kosmetika vasitələrinin, kimya məhsullarının və başqa malların üzərində və ya onlara əlavə edilən müvafiq sənədlərdə yararlılıq müddəti göstərilməlidir.
Yararlılıq müddəti ötmüş və satışı qanunvericiliklə qadağan olunan malların satışı Baybay.Az onlayn mağazasında qadağandır.

Elektron ticarət haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət;
Azərbaycan Respublikası E-ticarət haqqında qanun. Maddə 11
11.1. Elektron ticarət haqqında qanunvericiliyin pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
11.2. Satıcı (təchizatçı) alıcıya (sifarişçiyə) və səlahiyyətli dövlət orqanlarına yanlış məlumat verməsinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.
11.4. Azərbaycan Respublikasının qanunvericiliyinin, o cümlədən müəlliflik hüququ və əlaqəli hüquqların, inteqral sxem topologiyalarına və məlumat bazalarına olan hüquqların, həmçinin folklor nümunələri barəsində və sənaye mülkiyyətinə olan hüquqların pozulduğu hallarda digər dövlətin ərazisindən xidmətlərin göstərilməsi azadlığı məhdudlaşdırıla bilər.

Maddə 12. Baybay.Az-ın məsuliyyəti
12.1. Vasitəçi ( Baybay.Az) elektron ticarətin digər iştirakçıları ilə bağlanmış müqavilənin şərtlərinin yerinə yetirilməməsinə görə məsuliyyət daşıyır.
12.3. Vasitəçi alıcının (sifarişçinin), satıcının (təchizatçının) təqdim etdiyi informasiyanı rabitə şəbəkəsi vasitəsilə ötürmək xidməti göstərdikdə, digər alıcının (sifarişçinin), satıcının (təchizatçının) sorğuları əsasında informasiyanın daha səmərəli təqdim edilməsi məqsədilə ötürülən informasiyanın avtomatik, müvəqqəti və qısamüddətli saxlanılmasına görə aşağıdakı hallarda
məsuliyyət daşımır:
12.3.1. informasiyaya düzəlişlər etmədikdə;
12.3.2. informasiyaya çıxış şərtlərinə riayət etdikdə;
12.3.3. ümumi qəbul edilmiş qaydada informasiyanın yeniləşdirilməsi şərtlərinə riayət etdikdə;
12.3.4. informasiyanın istifadəsi barədə məlumatların əldə edilməsi məqsədilə qanuni, ümumi qəbul edilmiş və geniş istifadə edilən texnologiyalar vasitəsilə müdaxilə etmədikdə;
12.3.5. informasiyanın ilkin mənbəyində onun silinməsi və ya ona çıxışın məhdudlaşdırılması barədə məlumat aldıqdan sonra dərhal eyni tədbirlər gördükdə, həmçinin bu əməliyyatları məhkəmənin qərarı və ya səlahiyyətli dövlət orqanının tələbi əsasında həyata keçirdikdə.
12.4. Vasitəçi alıcının (sifarişçinin), satıcının (təchizatçının) təqdim etdiyi informasiyanın saxlanılması üzrə xidmət göstərirsə, informasiyanın saxlanılmasına görə aşağıdakı hallarda məsuliyyət daşımır:
12.4.1. fəaliyyətin və ya informasiyanın qanunsuz xarakteri barəsində faktiki məlumatlara malik olmadıqda və zərərin əvəzinin ödənilməsi üzrə iddialar baxımından fəaliyyətin və ya informasiyanın qanunsuz olması barədə dəqiq faktlar və təfərrüatlar bəlli olmadıqda;
12.4.2. bu barədə məlumat və ya xəbərdarlıq aldıqda, saxlanılan informasiyanın
silinməsinin və ya ona çıxışın qarşısının alınması ilə bağlı dərhal tədbirlər gördükdə.
12.5. Vasitəçi xidmət göstərərkən ötürdüyü, saxladığı informasiyaların ümumi monitorinqinin aparılması və ya qanunsuz fəaliyyətin həyata keçirilməsini sübut etmək məqsədilə fəal surətdə faktların və ya təfərrüatların müəyyənləşdirilməsi üzrə hərəkətlərə məcbur edilə bilməz, yaxud bunu fərdi təşəbbüs qaydasında həyata keçirə bilməz.